İyun 16, 2021 20:24 Asia/Baku

İslam İnqilabının Böyük rəhbəri buyurub: "Ölkənin taleyi xalqın seçkilərdə iştirakından asılıdır və heç bir güc vasitəsi xalqın iştirakı qədər gücləndirici deyil".

SəhərAzəri-nin məlumatına əsasən, İranda 13-cü prezident seçkiləri, həmçinin Şəhər və Kənd Bələdiyyələrinin İslami Şuraları üzrə 6-cı seçkiləri ərəfəsində İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei televiziyadan etdiyi canlı çıxışında mübarək Kəramət Ongünlüyü və Həzrət Əli ibn Musa Ər-Rzanın (ə) səadətli viladəti münasibətilə xalqı təbrik edib və buyurub: "Mütləq ölkənin taleyi təkcə bir zaman kəsiyində deyil, iqtisadi, təhlükəsizlik, səhiyyə və sairə də daxil olmaqla bütün sahələrdə inşallah xalqın cümə günü edəcəyindən asılıdır".

Ali Məqamlı Rəhbər vurğulayıblar: "Öz iştirakınız və səsinizlə ölkənin taleyini həll edirsir". 

"Xalqın cümə günü edəcəyi böyük iş, birincisi, iştirak prinsipini reallaşdırmaq, ikincisi iştirak və seçimin növü olacaqdır ki, bu sahədə ən yaxşı şəkildə əməl etməyimiz üçün mütəal Allahın İran millətinin ürəklərini yönəldəcəyinə ümid edirik", deyə o, həzrət əlavə ediblər. 

Ali Məqamlı Rəhbər vurğulayıblar: "Əsas İran İslam Respublikasında xalqın iştirakının fəlsəfəsidir, yəni respublika bir hissə, İslam isə digər bir hissədir. Respublika olmadıqda İslam Respublikası reallaşmayacaq".

Həzrət Ayətullahül-üzma Xamenei dünyadakı bütün şeytani güc mərkəzlərinin seçkilərə qarşı olduqlarını bildiriblər və deyiblər: "On illər ərzində keçirdiyimiz bütün seçkilərdə belə olub ki, onlar seçkilərin əzəməti və möhtəşəmliyi özünü göstərməsin deyə bütün siyasi və media vasitələrini insanların düşüncəsini məhv etməyə və bacardıqları qədər seçkilərdə müdaxilə etməyə həsr ediblər".

"Düşmənin məqsədi bu seçkilərin İslam Respublikasının arzu etdiyi şəkildə keçirilməsinə mane olmaq, yəni xalqı quruluşdan uzaqlaşdırmaqdır. Çünki insanların seçkilərdə iştirak etməməsi təbii olaraq, onların İslam Respublikası Quruluşundan uzaqlaşması deməkdir ki, bu da düşmənin istəyidir", - deyə İslam İnqilabının Böyük Rəhbəri əlavə edib. 

Həzrət Ayətullahül-üzma Xamenei vurğulayıb: "Xalqın mətni, həm seçkilərdə, həm yürüşlərdə, həm də digər məsələlərdə düşmənin istədiklərinin əksini etdiklərini göstərib. Bu dəfə də Allahın lütfü ilə belə olacaq. İnsanlar inşallah iştirak edəcəklər və İslam Respublikası Quruluşuna şərəf verəcəklər".

Teqlər