Aliməqamlı Rəhbər İranın milli voleybol komandasına təşəkkür edib
https://azeri.sahartv.ir/news/İran-i381305-aliməqamlı_rəhbər_İranın_milli_voleybol_komandasına_təşəkkür_edib
İran İslam İnqilabının Aliməqamlı Rəhbəri bir müraciətdə Asiya Çempionatı 2021-də qazandıqları çempionluq münasibətilə İranın voleybol üzrə milli komandasına təşəkkür edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2021 17:26 Asia/Baku
  • Aliməqamlı Rəhbər İranın milli voleybol komandasına təşəkkür edib

İran İslam İnqilabının Aliməqamlı Rəhbəri bir müraciətdə Asiya Çempionatı 2021-də qazandıqları çempionluq münasibətilə İranın voleybol üzrə milli komandasına təşəkkür edib.

İran İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin müraciətində deyilir: "İranın milli voleybol komandasının parlaq qələbəsi İran xalqı üçün çox şirindir; Siz əziz gənclər və iranlı məşqçinizdən səmimi qəlbdən təşəkkür edirəm". 

Qeyd edək ki, İranın milli voleybol komandası dünən gecə Yaponiya komandasını məğlub edərək, 21-ci Asiya Çempionatında birinci yeri qazanıb.