Amerika dünyada 40-dan çox müharibə törədib
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib ki, dünyanın qırx nöqtəsində qırxdan çox iri müharibə, Amerikanın dünyadakı siyasətinin məhsuludur.
SəhərAzəri-nin məlumatına əsasən, General-mayor pasdar Hüseyn Salami bu gün Tehranda on üç aban- dörd noyabr- dünya imperializmi ilə mill mübarizə gününə həsr olunmuş mərasimdə Amerikanın dünyadakı millitarizminə işarə ilə vurğulayıb ki; bu ölkə Avropa, Afrika, Latın Amerikası, Uzaq Şərq, Yaxın Şərq və Rusiyada döyüşlər aparıb/ və səkkiz milyon nəfərdən çox ölü, Amerikanın birbaşa müharibələrinin məhsuludur.
General Salami sonra belə söyləyib: Daxili fitnələr, hərbi savaş, iqtisadi sanksiya və dövlət çevrilişi həddində 200-dən çox ölkənin daxili işlərinə müdaxilə,/ öz siyasi həyatının tarixi boyunca hərbi gücü genişləndirmək yolu ilə hərbi hədəfləri izləmək istiqamətində hərəkət etmiş bir fövqəlgücün siyasətinin məhsuludur.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı bildirib ki, Amerika 750 hərbi baza təsis etməklə, dünyada əhatəli siyasi hökmranlıq yaratmaq üçün səy göstərib.
1979-cu il dörd noyabrını xatırladan general Salami belə əlavə edib: Amerikanın, özünün siyasi, hərbi və iqtisadi gücünün kulminasiya nöqtəsində olduğu/ və hələ İran xalqının möhtəşəm bir inqilabın başlanğıcında, özünün bugünkü qüdrətinin əzəmətli mexanizmlərini yaratmadığı zaman, böyük bir inqilab formalaşdı.
Bu gün, on üç aban- dörd noyabr, İran İslam Respublikasında dünya imperializmi ilə mill mübarizə günüdür.
Qırx iki il bundan öncə belə bir gündə, Amerikanın İran İslam İnqilabına qarşı müxtəlif fitnələrinə etiraz edən İran tələbələri ABŞ-ın Tehrandakı casusluq yuvası olan səfirliyini ələ keçirdilər.