Ali Məqamlı Rəhbər: "Düşmənlər həqiqəti təhrif edərək, zalım və məzlumun yerini dəyişdirir"
İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri bir qrup tibb bacısı və sağlamlıq müdafiəçiləri şəhidlərinin ailələri ilə görüşdə vurğulayıblar: "Əgər həqiqətləri bəyan etməsəz, düşmənlər öz yalanları və həqiqəti təhrif etməklə zalımın və məzlumun yerini dəyişdirəcəklər".
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullaül-üzma Xamenei dünən bir qrup tibb bacısı və COVID-19 ilə mübarizədə həyatını itirmiş şəhid tibb işçilərinin ailələri ilə görüşdə, Həzrət Zeynəb Kübranın davranışı və sözlərini qadının əzəmətinin və mənəvi, intellektual və ruhi gücünün əlaməti və təzahürü kimi xarakterizə ediblər.
Həzrət Ayətullaül-üzma Xamenei cəmiyyətin reallıqları, inqilab tarixi, müqəddəs müdafiə və son 42 ilin müxtəlif hadisələri haqqında həqiqətləri olduğu kimi nəql etmənin vacibliyini bir daha vurğulayaraq, buyurublar: "Əgər bu edilməzsə, düşmən öz yalanlarını və təhrif olunmuş rəvayətlərini ictimaiyyətə çatdıracaq və zalım və məzlumun yerini dəyişdirməklə öz daimi düşmənçilik hərəkətlərinə haqq qazandırmağa çalışacaq".
O, Həzrət Xanım Zeynəbin (s) mövludu və Tibb bacısı günü münasibəti ilə müalicə və sağlamlıq sahəsində fəaliyyət göstərən tibb bacıları və işçilərin hər birini təbrik edərək, buyurublar: "Kərbəlanın böyük xanımı keçmişdəki və hazırkı dardüşüncəli insanların, xüsusilə də imperialist qərblilərin qadınları alçaltmaq üçün bütün cəhdlərinə rəğmən, bütün bəşəriyyətə və tarixə sübut etdi ki, "qadın" nəhəng səbir okeanı, həmçinin müdrikliyin və tədbirliliyin zirvəsi ola bilər".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri "Rəvayət və bəyan etmə cihadı"nı Həzrət Zeynəbin hikmətinin və dərin müdrikliyinin başqa bir ölçüsü kimi qiymətləndirib və buyurublar: "O, Kərbəla həqiqətlərini təsirli və qalıcı bir şəkildə nəql edərək, düşmənlərin reallığa qalib gəlməsinə imkan vermədi".
Həzrət Ayətullaül-üzma Xamenei tibb bacılarının işinin ikiqat ilahi mükafata səbəb olduğunu bəyan edərək, əlavə ediblər: "Xəstə, xəstənin yaxınları və bütün insanlar üçün ruhi rahatlıq yaratmaq tibb bacısının digər mühüm dəyərlərindəndir və tibb bacılarının bütün xalqın boynunda haqqı var".
O, Həzrət həmçinin imperialistlərin, Səddamın kimyəvi bombardmanına yardım etməsinə, İranın sərhədyanı şəhərlərində insanlara dərin ağrı və əzab verməsi, İran xalqına qarşı tətbiq edilən dərman embarqosu kimi hallarda İran xalqının əzabından sevindiyinə diqqət çəkib və buyurublar: "Bu həqiqətləri nəzərə alsaq, tibb bacıları fədakarlıq və zəhmətlə xəstələrin və onların yaxınlarının üzünə təbəssüm bəxş etdikdə, əslində imperializmə qarşı mübarizə aparırlar ki, bu da, İslami İranda tibb bacıları cəmiyyətinin ikiqat dəyəridir".