Əsas işi incəsənət görməlidir
İslam İnqilabının Böyük Rəhbərinin yanvarın 25-də keçirilən Həzrət Həmzə(ə) konfrasının təşkilatçıları ilə görüşdəki bəyanatı dünən səhər Qum şəhərində, konfransın keçirildiyi məkanda yayılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əmisi- Həzrət Həmzə(ə)-ın anım mərasiminin keçirilməsinə görə təşəkkür edib və belə deyiblər: Cənab Həmzənin İslam tarixində, xüsusən Mədinəyə hicrətdəki görkəmli roluna və kafirlərlə savaşlardakı rəşadətlərinə rəğmən, bu dəyərli şəxsiyyət qəribdir və bu böyük şəxsiyyət və Əmmar, Salman, Miqdad və Cəfər ibn Əbi-Talib kimi digər görkəmli, amma naməlum qalmış səhabələrin həyatları barədə incəsənət və tamaşa formalarında filmlər çəkilməlidir.
O həzrət Böyük İslam Peyğəmbəri(s.ə.s)-in cənab Həmzənin şəhadətindən sonra Mədinə qadınlarına onun üçün ağlamağı tapşırmaq və onu Seyyiddüşşühəda kimi təqdim etməkdə məqsədini bu şücaətli və fədakar şəxsiyyətdən bütün müsəlmanlar və bütün tarix üçün ülgü yaratmaq adlandırıb və belə qeyd ediblər: Cənab Həmzənin şəxsiyyətində iki mühüm meyar yaradan amil, onun tanıma qüdrəti və güclü iradəsi və əzmkarlığıdır.