İran və Rusiya XİN başçıları ƏMTP-nin düzgün icrasına çağırıblar
https://azeri.sahartv.ir/news/İran-i385816-İran_və_rusiya_xİn_başçıları_Əmtp_nin_düzgün_icrasına_çağırıblar
İran və Rusiyanın xarici işlər nazirləri Vyana danışıqlarının 8-ci raundunun başlanması ilə eyni zamanda Əhatəli Müştərək Təşəbbüs Proqramının düzgün icrasına çağırıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 09, 2022 16:17 Asia/Baku
  • İran və Rusiyanın xarici işlər nazirləri
    İran və Rusiyanın xarici işlər nazirləri

İran və Rusiyanın xarici işlər nazirləri Vyana danışıqlarının 8-ci raundunun başlanması ilə eyni zamanda Əhatəli Müştərək Təşəbbüs Proqramının düzgün icrasına çağırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian və  Sergey Lavrov baş tutan telefon danışığında Əhatəli Müştərək Təşəbbüs Proqramının ilk gündə olduğu kimi yenidən canlandırılmasını vurğulayıblar.

Məlumata əsasən, tərəflər İranın nüvə proqramı üzrə Əhatəli Müştərək Təşəbbüs Proqramı ətrafındakı vəziyyəti və Vyana görüşlərini müzakirə ediblər.

Əmir Abdullahian və Lavrov, həmçinin prezident Seyid İbrahim Rəisinin Moskvaya uğurlu səfərinin nəticələri barədə fikir mübadiləsi aparıblar və iki ölkə başçısı arasında əldə olunmuş razılaşmalar çərçivəsində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulayıblar.