İnqilab Rəhbəri təmiz enerjilərin genişləndirilməsi vacibliyini vurğulayıblar
İslam İnqilabının Böyük Rəhbəri ağacəkmə günü münasibətilə iki meyvə fidanı əkdikdən sonra təmiz enerjilərin genişləndirilməsi vacibliyini vurğulayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei dünya şiələrinin üçüncü imamı Həzrət Əba Əbdillah Əl-Hüseyn əleyhissəlamın mövlud gününü təbrik edib, o şərəfli vücudun şiə və qeyri-şiə olmaqla bütün müsəlman xalqların, o sıradan İran xalqının məhəbbət mərkəzi olduğunu bildiriblər.
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Dünyada istifadəsi günü-gündən artan və regionumuzdakı ölkələrin də səmtinə doğru hərəkət etməkdə olduqları nüvə enerjisi kimi qeyri-fosil enerjilərin, eləcə də külək və günəş enerjilərinin genişləndirilməsi məsələsinə ciddi yanaşmaq lazımdır.
Ağac əkməyi tamamilə dini və inqilabi bir hərəkət adlandıran Həzrət Ayətullahuluzma Xamenei qeyd ediblər ki, ağacların qorunub saxlanılması da son dərəcə mühüm bir məsələdir və ona riayət etmək gərəkdir.
İnqilab Rəhbəri söyləyiblər: Ətraf mühitin qorunmasındakı ciddi məsələlərdən biri, xalqların iki böyük sərvəti və həyati ehtiyatının, yəni su və torpağın qorunması və onlardan israfçı yanaşmadan çəkinmədir ki, bu sahədə məsul şəxslər mütəxəssislərin göstərişlərinə diqqət yetirməlidirlər.
«Faunanın mühafizəsi» digər bir məsələ olubdur ki, İslam İnqilabının Böyük Rəhbəri ona diqqətsizliyi milli mənafeyin zərərinə adlandırıb və belə söyləyiblər: İslamda «ov»a, yalnız qidalanmaya ehtiyac olarkən icazə verilir, əks halda, icazəverilməz olub, qanun pozuntusudur və hətta ov səfəri haram səfər sayılıbdır.
O həzrət həmçinin xalqı ağac əkməyə və ağacları qoruyub saxlamağa çağırıblar.