Apr 06, 2022 14:33 Asia/Baku
  • İran:

İranın BMT-dəki daimi nümayəndəsinin müavini Zəhra Erşadi beynəlxalq ictimaiyyəti Nüvə Silahlarının Yayılmaması Müqaviləsi NPT-yə qoşulması və MAQATE-nin təftişlərini qəbul etməsi üçün sionist rejimə təzyiq göstərməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Müxtəlif məlumatlara görə, sionist rejimin dünyanı məhv edə biləcək 300-ə yaxın nüvə başlığı var.

Bu rejim indiyədək Nüvə Silahlarının Yayılmaması Müqaviləsi NPT-ni imzalamaqdan imtina edib və bu sahədə ABŞ-ın dəstəyinə malikdir.

İRİB-in məlumatına görə, Zəhra Erşadi BMT-nin Silahsızlaşdırma Komissiyasının illik iclasında beynəlxalq ictimaiyyətin sionist rejimin nüvə proqramı qarşısında susmasını tənqid edərək, qeyd edib ki, beynəlxalq ictimaiyyət NPT-yə qoşulması və MAQATE-nin təftişlərini qəbul etməsi üçün sionist rejimə təzyiq göstərməlidir. 

Erşadi, həmçinin bu iclasda dünyadakı mövcud geosiyasi böhranlara və nüvə silahından istifadə təhlükəsinə toxunaraq, vurğulayıb: "Beynəlxalq ictimaiyyətə lazım olan şey nüvə güclərinin müəyyən bir müddət ərzində nüvə silahlarını məhv etməyə dair fəaliyyət planını razılaşdırmaq üçün siyasi iradəsidir və bu baxımdan nüvə silahının hər hansı tədqiqatı, inkişafı, sınaqları və istehsalı dayandırılmalıdır". 

İranın BMT-dəki daimi nümayəndəsinin müavini nüvə ölkələrinin nüvə büdcəsinin artırılmasını və bu cür silahların mümkün istifadəsi həddinin aşağı salınmasını tənqid edərək, ABŞ və İngiltərənin müvafiq siyasətlərini pisləyib və belə bir prosesi qəbuledilməz və nüvə silahına malik dövlətlərin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin 6-cı maddəsi üzrə öhdəliklərinə zidd adlandırıb.

Teqlər