İnqilab Rəhbəri milli mahiyyətə malik nəslin yetişdirilməsinə təkid ediblər
İslam İnqilabının Böyük Rəhbəri təlim və tərbiyə nazirliyini sivilizasiya yaradan bir nəslin tərbiyəçisi adlandırıb və deyiblər: Yeniyetmə və gənc nəsil milli, islami və irani mahiyyət və özünəinama malik,/ müqavimətli,/ İmamın təfəkkürləri və amallar barədə məlumatlı,/ alim və faydalı bir şəxs kimi yetişdirilməlidir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İran müəllim və müəllimələrindən ibarət yüzlərlə nəfərlə görüşdə islami çiçəklənmə və modern sivilizasiyanın yaradılması üzrə uzaq perspektivli məqsədə işarə ilə, söyləyiblər: İnsan ehtiyatları hər bir sivilizasiyanın infrastrukturu sayılır və modern islami sivilizasiyanın qurucuları hazırda müəllimlərin ixtiyarında olan nəsildir. Buna görə, müəllimlik işinin əhəmiyyəti və dəyərini bu cəhətdən dərk etmək gərəkdir.
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Bu nəsil/ bu son dərəcə böyük məqsədlə/ o əzəmətli sivilizasiyanı formalaşdıra bilmək üçün faydalı,/ bilikli,/ alim,/ Şərq və Qərbin sıradan çıxmış sivilizasiyaları qarşısında sayıq,/ özünəməxsus,/ özünəinama, həmçinin dərin və möhkəm etiqadlara, irani-islami mahiyyətə malik bir nəsil olmalıdır.
Həzrət Ayətullahuluzma Xamenei İslam İnqilabından sonra İranda təlim və tərbiyə sahəsində görkəmli şəxslərin yetişdirilməsinə işarə ilə, əlavə ediblər: Müəllimlərin son qırx ildəki səyləri nəticəsində müxtəlif sahələrdə faydalı şəxslər yetişdirildi, amma bu,/ kifayət etməz/ və o çiçəklənən sivilizasiya üçün/ bu kimi yetişdirmələr geniş miqyas almalıdır.
İslam İnqilabının Böyük Rəhbəri müqavimətin və müqavimətli olmağın dəyərinin dərk edilməsini məktəblilərin ehtiyaclarından adlandırıb və belə vurğulayıblar: Hər kəsin- İstər Şərqin, istərsə də Qərbin zorakılıq etdiyi bir dünyada,/ gələcək nəsil/ müqavimətin dəyəri və əhəmiyyətini indidən öyrənməlidir ki,/ bu təlimlərin spektrində/ sivilizasiya yaradan/ və xalqı və ölkəni başıuca etmiş olsun.