May 31, 2022 00:18 Asia/Baku

İran İslam İnqilabının Aliməqam Rəhbəri sanksiyaları güclü dövlətlərin digər ölkələrə qarşı istifadə etdiyi silah kimi qiymətləndirib və buyurublar: “Bu silahı təsirsiz hala gətirən şey daxili güc və imkanlara diqqət yetirməkdir".

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei dünən Tehranda Tacikistan prezidenti İmaməli Rəhman və onu müşayiət edən nümayəndə heyətini qəbul edərkən,  İran və Tacikistan arasında dərin tarixi, dini, mədəni və dil ortaqlıqlarına toxunaraq, iki ölkəni qardaş adlandırıb. 

Həzrət Ayətullahül-üzma Xamenei İranın çeşidli iqlimi, geniş əraziləri və düzənlikləri, eləcə də İran tərəfində elmi, texnoloji və sənaye inkişafları və biliklərə əsaslanan şirkətləri, Tacikistanda isə bol su ehtiyatları və geniş mədənləri birgə əməkdaşlığın inkişafı üçün əsas sajələr adalandırıblar və buyurublar: "İran İslam Respublikası sanksiyalara baxmayaraq, müxtəlif sahələrdə yaxşı irəliləyişlər əldə edib. Əgər bu sanksiyalar olmasaydı, bu nailiyyətlər əldə olunmazdı, çünki sanksiyalar bizi öz daxili gücümüzə və imkanlarımıza arxalanmağa vadar etdi".

İslam İnqilabının Aliməqam Rəhbəri İranın texniki, mühəndislik, sənaye və elmi imkanlarını Tacikistana kömək etmək üçün çox əlverişli və əhəmiyyətli qiymətləndiriblər və əlavə ediblər: "Bu imkanlardan istifadə etmək və əməkdaşlığı ciddi şəkildə genişləndirmək üçün Birgə Komissiya əməliyyat mərhələsinə çatmaq üçün bütün imzalanmış sənədləri planlaşdırmalıdır".

O, həzrət İran və Tacikistanın əməkdaşlıq və konsensus sahələrindən birinin regional məsələlər, xüsusilə də Əfqanıstandakı vəziyyət olduğunu vurğulayaraq, deyiblər: "Əfqanıstanla bağlı İran və Tacikistanın narahatlığı eynidir və hər iki ölkə Əfqanıstanda terrorizmin genişlənməsi və təkfirçi qrupların artmasından narahatdırlar. Hesab edirik ki, hazırda Əfqanıstanda hakimiyyətdə olanlar hərtərəfli və əhatəli hökumət formalaşdırmaqla bütün qruplardan istifadə etməlidirlər".

İslam İnqilabının Rəhbəri həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqirinin bu yaxınlarda Tacikistana səfəri və Mərkəzi Asiya ölkəsində pilotsuz uçuş aparatları zavodunun açılışına toxunaraq, belə bir əməkdaşlığı çox vacib dəyərləndiriblər və qeyd ediblər ki, PUA-lar müasir dünyada ölkələrin təhlükəsizliyində çox mühüm rol oynayır.

Tacikistan Prezidenti İmaməli Rəhman da bu görüşdə Tehranda olmasından və İslam İnqilabının Rəhbəri ilə görüşməsindən böyük xoşbəxtlik duyduğunu bildirib və İran prezidenti ilə görüşünə işarə edərək, deyib: "Bugünkü danışıqlarda ticarət, iqtisadi və sənaye sahələrində əməkdaşlığın inkişafı müzakirə olundu və imzalanmış sənədləri nəzərə alaraq, ümid edirik ki, Sizin rəhbərliyinizlə iki ölkə arasında əlaqələr əvvəlkindən daha da genişlənəcək". 

Rəhman iki ölkə arasında mühüm məsələlər kimi xüsusilə Əfqanıstan və terrorizmin yayılması ilə bağlı təhlükəsizlik narahatlıqlarını göstərərək, əlavə edib: "Biz Əfqanıstanda sülh və əmin-amanlıq, eləcə də bütün etnik qrupların iştirakı ilə əhatəli hökumət istəyirik və ümid edirik ki, İran və Tacikistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması ilə təhlükəsizlik problemləri aradan qaldırıla bilər".

Teqlər