İran prezidenti Ərdoğanla görüşdə nə dedi?
Rəisi: Biz Qarabağın azadlığını alqışlamışıq
İran İslam Respublikasının prezidenti rəsmi Tehranın Cənubi Qafqazda cərəyan edən proseslərlə bağlı prinsipial mövqeyini şərh edib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının 22-ci iclası çərçivəsində türkiyəli həmkarı Rəcəb Təyyib Edoğanla görüşdə bildirib: "Regiondakı siyasətimizin əsası ölkələrin taleyinin onlar tərəfindən həll edilməsi və onların milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsidir."
Böhran zamanı İranın dostlara və qonşulara verdiyi dəstəkdən misallar gətirən prezident İslam Respublikadının qonşularının dostu olduğunu vurğulayıb.
Rəisi, Qafqazda baş verən proseslərə toxunaraq, İran İslam Respublikasının Qarabağın azadlığını alqışlamaq və onun yenidən qurulmasına hazırlaşmaq kimi strateji siyasətini izah edərkən, regionun beynəlxalq, tarixi və geosiyasi sərhədlərində hər hansı dəyişikliyi qəbuledilməz adlandırıb.