Okt 20, 2022 11:33 Asia/Baku

İran İslam Respublikasının prezidenti bildirib ki, onun ölkəsi Ukraynadakı müharibəni dayandırmaq üçün bütün imkan və potensialından istifadə edir.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi polşalı həmkarı Andjey Duda ilə telefon danışığında Ukrayna münaqişəsi ilə bağlı Qərb ölkələrinin İrana qarşı irəli sürdüyü ittihamları rədd edərək ölkə diplomatiyasının Avropada müharibənin dayandırılmasında rol oynadığını vurğulayıb.

Rəisi sonra qeyd edib ki, mövcud şəraitdə həm Tehran, həm də Varşava müvafiq həll yolları təqdim etməklə iqtisadi və ticarət əlaqələrinin səviyyəsini yaxşılaşdırmağa çalışmalıdırlar.

Bir müddət əvvəl İranın XİN başçısı da Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı deyilənləri təkzib etmişdir. 

Teqlər