Dek 22, 2022 16:39 Asia/Baku
  • Kənani “Ned Prays”ın cavabını verdi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir tvittdə Yəlda gecəsində ABŞ Dövlət Departamenti tərəfindən səsləndirilən cəfəngiyyatları cavablandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Kənani bildirib ki, İran xalqına qarşı maksimum təzyiq göstərib, sanksiyalar tətbiq edən bir amil Yəlda gecəsində iranlılar üçün “timsah göz yaşı” tökür!

ABŞ dövlət departamentinin sözçüsü Ned Prays bir tvittdə Yəlda gecəsi bəhanəsilə İran haqda öz müdaxilə mahiyyətli ifadələrini təkrar və etiraf edibdir ki. Co Bayden hökuməti İrana qarşı uğursuz maksimum təzyiq siyasətini davam etdirəcək.

Nasir Kənani dünən gecə bu tvittdə yazıb: İran xalqına qarşı sanksiya və təzyiq tətbiq edən,/ terrorizm və iğtişaşın himayədarı olan Amerika, Yəlda gecəsində iranlılar üçün “timsah göz yaşı” tökür!

Kənani əlavə edib: Tanınmış terrorçuların hami və müttəfiqləri yaxşı olardı ki, ağızlarını yumub, öz xalqları və ölkələrinin, həmçinin sionist rejimin yığılıb qalmış böhranlarının həlli üçün bir çarə qılsınlar.

Bayden hökuməti İranda iğtişaşların başlandığı zamandan bəri əlindən gələni əsirgəməyib və açıq surətdə bildiribdir ki, daima şüarını verdiyi diplomatik yanaşma və müzakirə üzərində təmərküzləşmə yerinə, İrandakı çaxnaşmalar üzərində təmərküzləşibdir.

 

Teqlər