Sistan və Bəlucistanda törədilən terror aktı nəticəsində 4 yol polisi şəhid olub
https://azeri.sahartv.ir/news/İran-i401968-sistan_və_bəlucistanda_törədilən_terror_aktı_nəticəsində_4_yol_polisi_şəhid_olub
İranın cənub-şərqindəki Sistan və Bəlucistan vilayətinin Xaş-Təftan yolunda terror aktı nəticəsində 4 yol polisi şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2023 18:06 Asia/Baku
  • Sistan və Bəlucistanda törədilən terror aktı nəticəsində 4 yol polisi şəhid olub

İranın cənub-şərqindəki Sistan və Bəlucistan vilayətinin Xaş-Təftan yolunda terror aktı nəticəsində 4 yol polisi şəhid olub.

Sistan və Bəlucistan Polisi İnformasiya Mərkəzinin yaydığı bəyanata görə, bu gün bazar günü Sistan və Bəlucistan vilayətinin Xaş-Təftan oxunda yol polisi patruluna qarşı törədilən terror aktı nəticəsində 4 yol polisi şəhid olub.

Bəyanatda deyilir: "Terrorçular öz vəzifələrini yerinə yetirərkən yol polislərinə sui-qəsd edib, dərhal hadisə yerindən qaçıblar".

Bəyanatda əlavə edilib: "Bu qorxaq hərəkət, şübhəsiz ki, cavabsız qalmayacaq".

Sistan və Bəlucistan vilayətinin mərkəzi Zahidan şəhərinin prokuroru Mehdi Şəmsin sözlərinə görə, bu hadisənin səbəbkarlarının həbsi üçün məhkəmə qərarı çıxarılıb və xüsusi təyinatlı qruplar məsələni ətraflı araşdırmaq üçün bölgəyə gəlib, araşdırmalarına başlayıblar.