Kənani Qərb ölkələrinin ikili yanaşmasını tənqid etdi
https://azeri.sahartv.ir/news/İran-i405519-kənani_qərb_ölkələrinin_ikili_yanaşmasını_tənqid_etdi
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Qərb ölkələrinin Qəzzədəki sionist rejimin cinayətlərinə biganəliyin onlara xəcalət gətirəcəyini bildirərək, insan haqlarının müdafiəsində açıq-aşkar ikiüzlülüyə və yalançılığa yol verdiklərini deyib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Noy 16, 2023 15:40 Asia/Baku
  • Kənani Qərb ölkələrinin ikili yanaşmasını tənqid etdi

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Qərb ölkələrinin Qəzzədəki sionist rejimin cinayətlərinə biganəliyin onlara xəcalət gətirəcəyini bildirərək, insan haqlarının müdafiəsində açıq-aşkar ikiüzlülüyə və yalançılığa yol verdiklərini deyib.

Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının Üçüncü Komitəsində Kanadanın İran İslam Respublikası əleyhinə hər il təqdim edilən anti-İran insan haqları qətnaməsi cəmi 80 səslə təsdiqlənib. Qeyd edək ki, 29 ölkə bu qətnamənin əleyhinə, 65 ölkə isə bitərəf olduğunu bildirib. Göründüyü kimi, bu səsvermədə bitərəf və əleyhdarların səsi lehinə verilmiş səslərdən daha çox olub.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani cümə axşamı buna reaksiya olaraq bildirib ki, bəzi Qərb ölkələrinin anti-İran insan haqları qətnaməsini təqdim etməsi və onun təsdiqləməsi ilə bağlı siyasi fəaliyyəti və sionist rejimin Qəzzə cinayətlərinə etinasızlığı, onlara xəcalət gətirəcəkdir. O, bu ölkələr insan haqlarının müdafiəsində açıq-aşkar ikiüzlülüyə və kobud yalançılığa yol verdiklərini və bunun heç bir əhəmiyyət daşımadığını deyib. 

Cənab Nasir Kənani ABŞ, Kanada və bəzi Qərb ölkələrinin günahsız və müdafiəsiz Fələstin xalqının əleyhinə törədilən vəhşi qətliamlara, hərbi cinayətlərə və soyqırım təcavüzünə şərik olmaqla sionist rejimə geniş şəkildə yardım göstərilməsini xatırlatmış və bildirmişdir ki, uzun və qaranlıq tarixə malik olan bu ölkələrdə insan hüquqlarının mütəşəkkil şəkildə pozulması halları hələ də yaşanır. Axı onların İran hökumətinə və xalqına insan haqları ilə bağlı heç bir tövsiyə vermək səlayihhətində belə deyillər.

Mətbuat katibi Nasir Kənani daha sonra vurğulayıb ki, İran İslam Respublikası dini demokratiyaya əsaslanan bir sistemdir və həmişə insan haqlarının müdafiəsində və beynəlxalq öhdəliklərinin yerinə yetirilməsində son dərəcə ciddilik göstərib. İslam respublikası öz üstün prinsipial mövqeyi əsasında insan haqlarını dəstəkləməyə və eyni zamanda bütün dünyada, qarşılıqlı hörmət, ölkələrin bərabərliyi, ədalət və insafa söykənən qanunalar çərçivəsində insan hüquqlarının gücləndirilməsi və onun müdafiəsində maraqlı olan bütün qanuni beynəlxalq mexanizmlər və ölkələrlə heç bir siyasi məqsəd güdülmədən konstruktiv müzakirə və əməkdaşlığa hər zaman hazırdır.