İran Prezidenti: "Heç bir ölkə İrana hücum etməyə cürət belə edə bilməz"
https://azeri.sahartv.ir/news/İran-i405520-İran_prezidenti_heç_bir_ölkə_İrana_hücum_etməyə_cürət_belə_edə_bilməz
İran İslam Respublikası prezidenti İbrahim Rəisi deyib ki, İran hərbi sənayedə özünü tam təmin qdə bilir və heç bir ölkə bu torpaqları işğal etməyə cəsarəti belə çatmaz
(last modified 2024-04-14T09:20:47+00:00 )
Noy 16, 2023 16:15 Asia/Baku
  • İran Prezidenti:

İran İslam Respublikası prezidenti İbrahim Rəisi deyib ki, İran hərbi sənayedə özünü tam təmin qdə bilir və heç bir ölkə bu torpaqları işğal etməyə cəsarəti belə çatmaz

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi İranın cənub-qərbində yerləşən Şəhrikürd camaatı ilə görüşündə çıxış edərkən bildirib ki, xalqın səhnədə görünməsi və hakimiyyətə dəstəyi ölkənin icra orqanlarına güc vermiş və İslam Respublikasının aydın mövqelərini elan etməkdə heç tərəddüd etmədən bildirmələrinə səbəb olmuşdur. Cənab Rəisi daha sonra qeyd edib ki, hərbi sənaye və silahlı qüvvələrin mövcudluğu ölkə üçün qüdrət yaratdığı kimi, iqtisadi güc, elm və texnologiya, sağlam bilik bazası, şəhidlərin müqəddəs axan qanları və xalqın birlik və həmrəyliyi ölkəmiz üçün qüdrət və iqtidar yaratmışdır.

Rəisi İslam Respublikasının nüfuzunu xalqın qüdrətinin təzahürü olduqğunu xatırladaraq çıxışının davamında əlavə edib ki, şəhidlər və vətən yolunda bu bütün fədakarlıqlar biizm indiki bu gücün formalaşmasında mühüm rol oynayır və bu qüdrət bundan sonra daha da güclənəcəkdir.

İran İslam Respublikası prezidenti sionist rejimin Fələstinin işğal olunmuş ərazilərində günahsız xalqa qarşı etdiyi zülmdən dərin təəssüf hissi duyduğunu bildirərək deyib ki, bu günlərdə bütün İran xalqı, İslam dünyası və bəşər cəmiyyəti fələstinlilərə törədilmiş bu qətlimalara və müsibətlərə kədərlənir və bütün bəşəriyyət amerikalılara, sionist rejimə və onların Qərb və Avropadakı havadarlarına dərin nifrət və ikrah hissi bəsləyirlər.