Fələstin xalqının uzunmüddətli əzabında İngiltərənin əsas rolu olub
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi İngiltərə nümayəndəsinin Təhlükəsizlik Şurasının iclasındakı əsassız ittihamlarını pisləyib. Bildiribdir ki, şübhəsiz, Fələstin xalqının uzunmüddətli əzabı və narahatçılığında İngiltərənin əsas rolu olubdur.
Əmir-Səid İrəvani BMT baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının dövri sədri kimi, Ekvadorun BMT-dəki səfirinə ünvanladığı məktubda əlavə edib: İngiltərənin/ BMT Təhlükəsizlik Şurasının 2023-cü il noyabrın 29-da «Fələstin daxil olmaqla Yaxın Şərqin vəziyyəti» adı altında keçirilən əyani ictimai brifinqində ölkəmə qarşı irəli sürdüyü əsassız ittihamları pisləmək və rədd etmək istəyirəm.
Məktubda sonra deyilir: İngiltərənin daxili işlər naziri cənab Tariq Əhməd iclasdakı çıxışında ölkəsinin Yaxın Şərqin hazırkı şəraitindəki məsuliyyəti və İngiltərənin səbatsızlaşdırıcı siyasətlərini görməməzliyə vurub, təqsiri İran İslam Respublikasının boynuna atmağa çalışıb.
İranın BMT-dəki səfiri bildirib: Şübhəsiz, Fələstin xalqının uzunmüddətli əzabı və narahatçılığında İngiltərənin əsas rolu olub. Bu müsibətin nəhs köklərini/ fələstinlilər üçün bir əsrə yaxın çətinliyin başlandığını göstərən Balfur bəyannaməsində axtarmaq lazımdır.
İran İslam Respublikasının yüksək səviyyəli diplomatı vurğulayıb: İngiltərənin/ İsrail rejiminin Fələstin xalqı, həmçinin region ölkələrinin xalqlarına qarşı soyqırımları, təcavüzləri və cinayətlərinə ardıcıl və daimi dəstəyi, Londonun başqalarının siyasət və niyyətləri barədə mühakiməyürütmə icazəsini vermək üzrə etik gücünü nəzərəçarpacaq dərəcədə azaldacaq.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Təhlükəsizlik Şurasının sədrindən sözügedən məktubun şuranın sənədi kimi qeydə alınmasını istəyib.