Rəşt-Astara dəmir yolunun tikintisinə start verilir
https://azeri.sahartv.ir/news/İran-i406613-rəşt_astara_dəmir_yolunun_tikintisinə_start_verilir
İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini Rəşt-Astara dəmiryolunun inşasına tezliklə başlanacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2023 07:43 Asia/Baku
  • Rəşt-Astara dəmir yolunun tikintisinə start verilir

İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini Rəşt-Astara dəmiryolunun inşasına tezliklə başlanacağını bildirib.

Şəhriyar Əfəndizadə bu haqda deyib: “Əldə olunan razılaşmaya əsasən, biz bu layihəni 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra həyata keçirməyə başlayacağımıza ümid edirik”.

Əfəndizadə onu da qeyd edib ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İslam Respublikasında ən mühüm dəmir yolu layihəsidir.

Mayın 17-də Rusiya və İran “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan və İran arasında Fars Körfəzi limanlarına keçidi təmin edəcək Rəşt-Astara dəmir yolunun birgə tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.

Dəhlizin tikintisinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayrılacaq.