Fev 24, 2024 16:25 Asia/Baku
  • Xalqa və İslama inam, İranın sabitliyi və inkişafı amilidir

İslam İnqilabının Böyük Rəhbəri xalqa və İslama inamı, İranın sabitliyi və inkişafı amili adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İranın Xuzistan vilayətinin 24 min şəhidi konfransının təşkilatçıları ilə görüşdə Xuzistan əhalsinin müqəddəs müdafiə dövründəki qəhrəmanlığı və möcüzəsini xalq ciddi-cəhdinin və islami imanın tərkibinin nəticəsi adlandırıblar.

O həzrət İmam Xomeyni(r.ə)-in “İslam Respublikası” təbirinin seçilməsindəki fikir diqqətinə işarə ilə, deyiblər: İslami İranın dayanıqlığı və inkişafı, həmçinin onun bir çox maneə və fitnələr üzərindəki qələbəsinə səbəb olan məsələ, xalq kütləsi və İslama etimad olub və gələcəkdə də problemlər üzərində qələbə yolu, elə bu təfəkkürün davam etdirilməsi olacaq.

Səadətli və böyük on beş şəban bayramını təbrik edən İnqilab Rəhbəri İmam Xomeyni(r.ə)-in xalq ilə bağlı dəqiq tanışlığı, həmçinin İmamın İslama olan əhatəli və mütərəqqi baxışına işarə və əlavə ediblər: İmam Xomeyni(r.ə.) islami hərəkatın başlandığı günlərdən İslam İnqilabının qələbəsinədək və ondan sonra daim xalqa etimad edərdi və İslamı cəmiyyətin idarəçiliyi və siyasət üçün faydalı təfəkkürr və cərəyan hesab edərdi. Məhz bu əsasda, o, İranın inkişafı və böyük hərəkətlərin davamına zəmin yarada bildi.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar ki, İran İslam Respublikasının düşmənlərinin ən əsas problemi, İran xalqını tanımamaları, həmçinin İslam barədə tanışlıqlarının olmamasıdır.

O həzrət qeyd ediblər ki: İran xalqının düşmənləri öz hesablamaları və planları əsasında əmin idilər ki, İran İslam Respublikası öz qırx illiyini görməyəcək, amma onların gözləri götürməsə də, İranın inkilşafı dayanmadı və ilahi lütfkarlıq sayəsində, həmçinin xalqın ciddi-cəhdi, iradəsi və dini imanına söykənməklə davam da edəcəkdir.

İnqilab Rəhbəri çıxışının digər bir hissəsində möcüzə yaratmanın digər nümunəsi kimi, dini imana və xalqa söykənməyi fələstinlilərin bugünkü şəraiti hesab edib və belə deyiblər: Müqavimət qüvvələrinin dayanıqlığı və düşmənləri onların məhv olacaqları ilə məyus etmək, həmçinin Qəzzə əhalisinin bombardmanlar və müsibətlər qarşısındakı səbri bu xalqın güclü dini imanını göstərir.

Həzrət Ayətullahuluzma Xamenei insan hüquqları barədəki Qərb sivilizasiyasının iddialarının, həmçinin onların riyakarlıqları və aralarındakı təfriqənin aşkar olmasına işarə ilə, əlavə ediblər: Bir cinayətkarın edamı üstündə hay-küy və qalmaqal salan qərblilər Qəzzə zolağında otuz min günahsız insanın qırğın edilməsi qarşısında gözlərini yumublar və Amerika tam həyasızlıqla və neçənci dəfə olaraq, Qəzzənin bombardman edilməsinin kəsilməsinə dair qətnaməni veto edir.

 

O həzrət vurğulayıblar: Bu, Qərb liberal-demokratiyası, mədəniyyəti və sivilizasiyasının əsl simasıdır ki, onun zahirində ütülənmiş və dodaqlarında təbəssüm olan siyasətçilər dururlar, batində isə bir quduz it və qaniççən canavar durur.

İnqilab Rəhbəri sonda belə qeyd ediblər: Biz əminik ki, bu bu dəfə əyri Qərb sivilizasiyası mənzilə çatmayacaq və İslamın düzgün məntiq və haqq mədəniyyəti bütün bunlara üstün gələcəkdir.