Əraqçi: "Almaniyanın İranın konsulluq xidmətlərini dayandırması əsassızdır"
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkənin Almaniyadakı konsulluqlarının fəaliyyətinin dayandırılmasını qəribə və əsassız hərəkət adlandıraraq vurğulayıb ki, İran Xarici İşlər Nazirliyi Almaniyadakı İran vətəndaşlarının konsulluq xidmətlərindən yararlanması üçün heç bir səydən əsirgəməyəcək
SəhərAzəri-nin məlumatına əsasən Almaniya Xarici İşlər Nazirliyinin Almaniyanın Frankfurt, Hamburq və Münhen şəhərlərində İran konsulluqlarının fəaliyyətinin davam etdirilməsinin qarşısını almaq barədə qərarından sonra şənbə günü Almaniyada yaşayan İran vətəndaşları üçün konsulluq xidmətlərinin vəziyyətini müzakirə etmək üçün Seyid Abbas Əraqçinin iştirakı ilə İran Xarici İşlər Nazirliyi Müavinlər Şurasının iclası keçirilib.
İclasda Seyid Abbas Əraqçi Almaniya Xarici İşlər Nazirliyinin qərarına işarə edərək, bu hərəkəti qəribə və əsassız adlandırıb və bunun bu ölkədəki İran vətəndaşları və konsulluq xidmətlərindən və giriş vizalarından faydalanmaq istəyən digər şəxslər üçün zəhmət və çətinliyə səbəb olacağını bildirib.
Əraqçi vurğulayıb ki, İran Xarici İşlər Nazirliyi Almaniyada yaşayan iranlıların lazımi konsulluq xidmətlərinə malik olması üçün bütün mümkün tədbirləri görməkdə qətiyyətlidir və bu istiqamətdə heç bir səydən əsirgəməyəcək.
Qeyd edək ki, İranda terrorçu Cəmşid Şarməhdin edamından sonra Almaniya dövləti müdaxiləçi bir hərəkətdə İranın Berlin və Almaniyanın bəzi digər şəhərlərində konsulluq xidmətlərini dayandırıb.