Ali Məqamlı Rəhbər:
Kimin zəiflədiyini gələcək göstərəcək
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün özəl sektorun bir sıra iqtisadi fəalları və istehsalçıları ilə görüşdə ölkənin zəiflədiyinə dair iddiaları düşmənin illüziyası və xəyalları adlandırıb.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu görüşdə İranın zəiflədiyinə dair iddialara toxunaraq, buyurublar: "kimin zəiflədiyini gələcək göstərəcək. Səddam da İranın zəiflədiyini təsəvvür edərək, hücuma başladı. Reyqan da İranın zəiflədiyinə inanaraq Səddam rejiminə yardım etdi. Amma sonda bu ikisi və onlarla digər xülyaçı cəhənnəmə getdilər və İran İslam Respublikası günü-gündən daha da inkişaf etdi və Allahın fəzli ilə bu təcrübə yənə də təkrarlanacaq".
Həzrət Ayətullahül-üzma Xamenei BRİKS kimi forumlarda iştirakı mühüm hesab ediblər və İranın diplomatik rəsmilərinin bu böyük fürsətdən maksimum yararlanmaq üçün fəaliyyətlərinin zəruriliyini qeyd edərək, əlavə ediblər:
"Üzv dövlətlər arasında maliyyə mübadiləsini mümkün edən BRİKS maliyyə sistemi böyük potensialdır". O Həzrət, dolların ticarət əməliyyatlarından mümkün qədər çıxarılmasını zəruri hesab edərək, buyurublar: "İran İslam Respublikası prezidentinin də arxasınca olduğu iş böyük və mühüm işdir və iqtisadi müharibədə çox qəti və həlledici addımdır. İranın Mərkəzi Bankı digər valyutaların yerləşdirilməsi üçün zəmin yaratmalıdır. Əlbəttə bu tədbirin görülməsi reaksiyalara səbəb olacaq, lakin ölkəni daha da gücləndirəcək".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri söhbətlərinin başqa hissəsində atəşkəsi və Qəzzənin qələbəsi müqavimətin yaşadığına və yaşayacağına dair proqnozun gerçəkləşməsinin bariz nümunəsi adlandırıblar və qeyd ediblər ki, dünya gözü qarşısında baş verənlər əfsanəyə bənzəyir. Amerika kimi nəhəng bir döyüş maşını humanitar anlayışlara etina etmədən sionist rejim kimi zalım və qaniçən bir rejimə bunker qıran bombalar verir və o qəddar və rəhmsiz rejim evlərdə və xəstəxanalarda 15 min uşağı bombalayır, amma məqsədlərinə çata bilmir.
O Həzrət davamında vurğulayıblar: Əgər Amerikanın bütün imkanları olmasaydı, sionist rejim elə ilk həftələrdə diz çökərdi. Onlar bir il üç ay ərzində bacardıqları qədər cinayət törətdilər: Qəzzə kimi kiçik bir ərazidə xəstəxanaları, məscidləri, kilsələri, evləri, bazarları, ictimai məkanları və sayirəni bombaladılar, amma indi nəinki bu rejimin yazığ və üzüqara başçısının elan etdiyi hədəfə, yəni HƏMAS məhv etmək və Qəzzəni müqavimətsiz idarə etmək hədəfinə nail ola bilmədi, həm də həmin HƏMAS-la danışıqlar masasına oturmağa və onun atəşkəslə bağlı şərtlərini qəbul etməyə məcbur oldu.