Noy 04, 2025 15:21 Asia/Baku
  • 13 Aban ilə eyni zamanda məktəblərdə imperializmə qarşı mübarizə zəngi çalındı

İranda 13 Aban və Dünya İmperializminə qarşı Milli Mübarizə günü ilə eyni zamanda ölkənin təhsil naziri Əlirza Kazimi-nin iştirakı ilə Tehran şəhərində yerləşən Şəhid Həzrət Məsumə (s.ə) adına qızlar liseyində imperializmə qarşı mübarizə zəngi çalınıb.

Bu mərasim ölkənin bütün məktəblərində eyni zamanda keçirilib. Tehranda isə təhsil naziri və bir sıra direktorlar və məsul şəxslərin iştirakı ilə baş tutub.

Tehran şəhərinin Təhsil İdarəsinin direktoru bu mərasimdə çıxış edərək, sionist rejimin terrorçu hücumlarında şəhid olmuş 26 şagirdin xatirəsini yad edib və bildirib: "Bu il Şagirdlər Gününün qeyd olunması xalqın dünya imperializminə qarşı həmrəylik və birliyinin təcəssümüdür".

13 Aban, İslam inqilabı tarixində mühüm hadisələrdən biri olan – ABŞ-ın səfirliyinin və ya casusluq yuvasının İmam Xomeyninin (r.ə) xəttinin davamçıları kimi tanınan tələbələr tərəfindən ələ keçirilməsi ilə əlaqədar olaraq, ölkənin rəsmi təqvimində “Dünya İmperializminə qarşı Milli Mübarizə Günü” kimi qeyd olunur.