İran XİN sözçüsü:
ABŞ bizi dəniz quldurluğunda ittiham edir, amma özü bununla fəxr edir!
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ dövlət katibi İranı özlərinin onunla fəxr etdiyi əməldə, yəni dəniz duldurluğunda ittiham edir.
İsmayıl Bəqayi ABŞ dövlət katibi Marko Rubionun İranı Karib dənizinin quldurları kimi gəmilərə hücum etməkdə ittiham etməsinə cavab olaraq, şəxsi səhifəsində yazıb:"ABŞ dövlət katibi İranı gəmilərə hücum etməkdə ittiham edərək iddia edib: İkinci Dünya müharibəsindən və Karib dənizinin quldurları dövründən bəri belə bir şey görməmişdik".Halbuki ABŞ prezidenti 2026-cı il mayın 1-də ticarət gəmilərinin ələ keçirilməsi və onların neft yüklərinin qarət edilməsi barədə fəxrlə danışaraq belə demişdi: "Biz dəniz quldurları kimiyik. Əslində, biz bir növ dəniz quldurlarıyıq".Bəqayi əlavə edib: "Yəqin ki, ABŞ prezidenti dövlət katibinin, onun “dəniz qulduru olmaq”la fəxr etdiyini bu qədər tez unutduğunu öyrənsə, bundan heç də məmnun qalmayacaq".