"TRIPP layihəsində ABŞ hərbçilərinin iştirakı yolverilməzdir"
https://azeri.sahartv.ir/news/İran-i423816-tripp_layihəsində_abŞ_hərbçilərinin_iştirakı_yolverilməzdir
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bildirib ki, Tehran ölkə sərhədlərinin yaxınlığında hətta bir ABŞ hərbçisinin belə yerləşdirilməsini təhdid hesab edir.
(last modified 2026-11-01T14:27:11+00:00 )
Noy 01, 2026 18:13 Asia/Baku

İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bildirib ki, Tehran ölkə sərhədlərinin yaxınlığında hətta bir ABŞ hərbçisinin belə yerləşdirilməsini təhdid hesab edir.

Diplomat bu barədə Gladzor Universitetində İranşünaslıq və geosiyasi təhlillər mərkəzinin açılışında jurnalistlərə açıqlamasında bildirib.Səfir TRIPP layihəsi ilə bağlı İranın narahatlıqlarını açıq şəkildə İrəvanın diqqətinə çatdırdığını deyib.Şirqulami Ermənistan rəsmilərinin xarici hərbi qüvvələrin sərhəddə yerləşdirilməyəcəyinə dair təminatlarını xatırladıb.O, İranın heç bir sərhədi yaxınlığında ABŞ hərbçilərinin mövcudluğunu qəbul etməyəcəyini vurğulayıb.Diplomat TRIPP layihəsinin Ermənistanın suverenliyini və yurisdiksiyasını tam təmin etməli olduğunu bildirib.O əlavə edib ki, layihə çərçivəsində xarici qüvvələrin yerləşdirilməsinə şərait yaradılmamalıdır.