Noy 24, 2022 13:10 Asia/Baku
  • Terrorçuların qərargahının hədəfə alınması separatçıların şər əməllərinə cavabdır

İran parlamenti-İslam Şurası Məslisinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü deyib: "Separatçı qrupların şər və qorxuducu əməlləri İslam İnqilab Keşikçiləri Korpusu SEPAH tərəfindən sərt və qətiyyətli cavabla qarşılandı".

SəhərAzəri-nin məlumatına əsasən, Əbülfəzl Əmuyi İRNA ilə müsahibədə separatçı qüvvələrin ölkənin şimal-qərb sərhədlərində mövcudluğu və onların şər əməlləri ilə bağlı deyib bildirib ki, İran və İraq rəsmiləri arasında ən yüksək səviyyədə keçirilən rəsmi danışıqlar zamanı bu qrupların mövcudluğu barədə xəbərdarlıq edib və onların fəaliyyəti barədə İraq tərəfinə ətraflı məlumat verib və İraq tərəfi də bu fəaliyyətlərə qarşı durmağı öhdəsinə götürüb.

Əmuyi qeyd edib ki, ilkin danışıqlardan sonra İraq Kürdüstanı bölgəsinin, eləcə də Bağdadın hakimiyyət orqanları bu qrupların fəaliyyətinə son qoyacaqlarını vurğulayıblar, lakin İran İslam Respublikasının tələbi yerinə yetirilməyib və Tehran beynəlxalq qanunlara və ölkənin milli təhlükəsizliyini müdafiə etmək öhdəliyinə uyğun olaraq, yenidən separatçı terrorçu qrupların hərəkətlərinə cavab vermək məcburiyyətində qalıb. 

Teqlər