Dek 19, 2022 18:49 Asia/Baku
  • İranın cənub-şərqində 4 SEPAH zabiti şəhid olub

İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının Cənub-Şərqi Qüds bazası 4 zabitin Sistan və Bəlucistan əyalətinin Səravan sərhəd bölgəsində şəhid olduğunu bildirib.

"İran Press" xəbər agentliyinin məlumatına görə, ölkənin cənub-şərqində yerləşən Qüds Qərargahının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı bəyanatda deyilir: Bu gün səhər saatlarında İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının 44-cü Qəməri Bəni Haşim briqadasının qüvvələri ilə terrorçu qruplaşmalar arasında baş verən silahlı qarşıdurmada Səravan sərhəd bölgəsində 4 SEPAH döyüşçüsü şəhid olub.

Açıqlamada əlavə olunub: "Təhlükəsizlik müdafiəçilərinin güclü iştirakı və şiddətli atəşi terrorçu qrupların Pakistan ərazisinə qaçmasına səbəb olub".

Qeyd edək ki, dünən (bazar günü) İranın Səravan sərhəd alayının sərhədçiləri mütəşəkkil terror qruplaşması üzvlərinin ölkəyə daxil olmasının qarşısını alıblar.

Teqlər