İyun 09, 2021 13:18 Asia/Baku
  • Rusiyanın XİN başçısı status məsələsinin açıq qaldığına eyham vurdu

Rusiyanın xarici işlər naziri Qarabağın statusunun asanlıqla həll oluna biləcəyini bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov deyib ki, azərbaycanlılarla ermənilər Qarabağda yenidən ATƏT-in humanitar dəstəyi ilə yan-yana yaşamağa başlasalar, Qarabağın statusunu həll etmək asan olacaq. 

Azərbaycan Respublikası dəfələrlə bildirib ki, bu ölkə beynəlxalq hüquqdan qaynaqlanan müharibə haqqından istifadə edərək artıq status-kvonu öz xeyrinə, həmişəlik dəyişibsə, bundan sonra status məsələsini qabartmaq mənasızdır.

Bu istiqamətdə prezident İlham Əliyev mayın 10-da Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində demişdi ki, kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, öz ölkəsində onlara yer seçsin.

Belə bir rəsmi mövqeyin ortada olduğu halda, rusiyalı nazirin bu son açıqlaması və status haqqında Minsk Qrupunun digər iki həmsədri ilə mütəmadi təmaslar qurması Bakının sərgilədiyi mövqeyə qarşı çıxmaq anlamına gəlir. 

Maraqlıdır ki, Lavrov Azərbaycanda Minsk Qrupuna olan tənqidlərin də mənasız olduğunu diqqət çəkb.  “Müharibənin gözləniləndən daha çox davam etməsi bizim günahımız deyil. Sülh daha gec əldə olundu, halbuki daha tez ola bilərdi. Biz yalnız vasitəçilər olmuşduq və tərəfləri məcbur edə bilməzdik, yalnız qan tökülməsinin mənasız olmasına çağıra bilərdik”, – deyə o bildirib.

 

 

Teqlər