Tayfa rejimi şiə inanclılarını həbsdə saxlamaqda israrlıdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i403088-tayfa_rejimi_şiə_inanclılarını_həbsdə_saxlamaqda_israrlıdır
Azərbaycan Respublikasında Allah bəndələrinə qarşı repressiya davam edir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2023 11:59 Asia/Baku
  • Tayfa rejimi şiə inanclılarını həbsdə saxlamaqda israrlıdır

Azərbaycan Respublikasında Allah bəndələrinə qarşı repressiya davam edir

Saxta ittihamlarla şərlənərək həbs edilən inanclı Mirtofiq Hüseynova həbsxanada işgəncə verilib.

Mirtofiq Hüseynov Müsəlman Birliyi Hərəkatının üzvüdür.

Dindar fəalın vəziyyəti ilə bağlı dəfələrlə müraciət edilsə də, penitensiar xidmətdən heç bir reaksiya bildirilmədiyi qeyd edilir.

"AzadBaki" informasiya agentliyi xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Qeyd olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin, Pentensiar Xidmətin insanlarla qarşı davranışı ürəkaçan deyil.

Digər bir məlumata görə isə, ruhani Hacı İlqar Rəcəbovun həbs müddəti uzadılıb. Belə ki, Binəqədi rayon məhkəməsinin qərarı ilə ruhani barəsində seçilmiş həbs qəti imkan tədibiri daha 2 ay müddətinə artırılıb.

 

Qeyd edək ki, Ruhani Hacı İlqar Rəcov 2023-cü ilin fevral ayında saxta "narkotik ittihamı" ilə şərlənərək həbs edilib. 

Ruhani saxlanılan zaman gözünün qabağında cibinə narkotik qoyulduğunu bildirib. O son zamanlar İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda şərlənərək həbs edildiyini bildirib.