Azərbaycan ordusundan daha bir acı xəbər:
Əsgər özünü odlu silahla vurub
Sen 06, 2023 17:36 Asia/Baku
Masallının Xırmandalı kənd sakini, 2005-ci il təvəllüdlü əsgər Ramal Tağıyevin naməlum səbəblərdən öldüyü bildirilir.
Ramal Tağıyevin 6 ayın əsgəri olduğu bildirilir.
Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifov hadisəni Meydan TV-yə təsdiqləyib.
Prokurorluq isə əsgərin özünü odlu silahla vurduğunu açıqlayıb.
Bildrilir ki, Kəlbəcər Rayon Prokurorluğunda N saylı hərbi hissəsinin hərbi qulluqçusu Ramal Tağıyevin odlu silahdan atəş açmaqla özünü öldürməsi ilə bağlı araşdırma aparılır.