Narkotiklə şərlənən daha bir gənc dindara hökm oxundu
Okt 05, 2023 14:15 Asia/Baku
Günahsız dindar 3 il müddətinə azadlıqdan mərhum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotiklə şərlənən daha bir gənc dindara hökm oxunub.
Məlumat İnformasiya Agentliyinin xəbərinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində, narkotik ittihamı ilə şərlənərək həbs edilən dindar Yusif Əhmədzadəyə hökm oxunub.
O, Azərbaycan CM-nin 234.1-1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, Yusif Əhmədzadə Azərbaycanda şiə dindarların kütləvi həbsi ilə bağlı saxlanılıb.
Teqlər