İranlı nazirin Azərbaycan Respublikasına səfəri başlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i404210-İranlı_nazirin_azərbaycan_respublikasına_səfəri_başlayıb
Ağbənddə sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılır
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 06, 2023 10:06 Asia/Baku
  • İranlı nazirin Azərbaycan Respublikasına səfəri başlayıb

Ağbənddə sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılır

Oktyabrın 6-da İran İslam Respublikasının yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycan Respublikasına səfər edib.

İranlı naziri Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Zəngilanda qarşılayıb. Əvvəlcə qonağa yeni istifadəyə verilən Zəngilan Beynəlxalq Hava limanı ilə bağlı məlumat verilib.

Daha sonra tərəflər arasında görüş keçirilib. Şahin Mustafayev işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri və işğaldan azad edilmiş ərazilərdə yaradılan yeni nəqliyyat infrastrukturu haqqında danışıb.

Bu səfər zamanı Ağbənddə iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılır. Layihənin podratçısı artıq təyin olunub.

İranın yol və şəhərsalma naziri əlavə edib ki, körpünün və dəmir yolu xəttinin tikintisi Azərbaycanın sərmayəsi ilə razılaşdırılıb.

Bu məlumata əsasən, cənab Bəzrpaş bildirib ki, İran və Azərbaycanın Hökumətlərarası İqtisadi Komissiyasının çoxsaylı iclaslarının keçirilməsi ilə münasibətlər normal vəziyyətə qayıdır.

 

Onun sözlərinə görə, komissiyanın bu yaxınlarda Astara şəhərində keçirdiyi iclasda yaxşı razılaşmalar əldə edildi.

Bazrpaş onu da qeyd edib ki, Azərbaycan prezidenti ilə keçirəcəyi görüşdə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması barədə İran prezidentinin məktubunu ona çatdıracaq.  

Səfər öncəsi Bəzrpaş Tehranın hava limanında jurnalistlərə açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin işini məhkəmə sistemi rəhbərinin və prezidentin təqib etdiyini bildirib.

O deyib ki, tezliklə təqsirləndirilən şəxsə hökm oxunacaq.