Əliyev: Azərbaycan-İran dostluğu və əməkdaşlığı bütün bölgə üçün önəmli amildir - YENİ
https://azeri.sahartv.ir/news/azərbaycan-i404229-Əliyev_azərbaycan_İran_dostluğu_və_əməkdaşlığı_bütün_bölgə_üçün_önəmli_amildir_yenİ
İran İslam Respublikasının yol və şəhərsalma naziri, İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş oktyabrın 6-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Okt 06, 2023 17:17 Asia/Baku
  • Əliyev: Azərbaycan-İran dostluğu və əməkdaşlığı bütün bölgə üçün önəmli amildir - YENİ

İran İslam Respublikasının yol və şəhərsalma naziri, İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş oktyabrın 6-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb.

İRNA-nın məlumatına görə, bu görüşdə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi və ticari sahələrdə inkişafı və dərinləşdirilməsi, üçtərəfli və altıtərəfli formatlarda regional əməkdaşlıq məsələləri əsas müzakirə istiqamətlərindən olub.

Həmçinin, bu uzun və səmimi görüşdə hər iki tərəf Qafqaz regionunda baş verən son hadisələri müzakirə edib və regiondankənar ölkələrin region məsələlərinə müdaxiləsini rədd ediblər.

Bu məlumara əsasən, Mehrdad Bəzrpaş görüşün əvvəlində İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

Bəzrpaş sonra Azərbaycanın Qarabağ bölgəsinin azad edilməsi ilə bağlı təbriklərini çatdırıb və bunu çox mühüm hadisə kimi dəyərləndirib. O, qeyd edib ki, Azərbaycanın pozulmuş haqlı və ədalətli mövqeyi 30 ildən sonra xoşbəxtlikdən öz yerini tutdu və ölkə suverenliyini bərpa etdi.

İranlı nazir region ölkələri və xalqlarının bir-biri ilə dərin tarixi və mədəni əlaqələrə malik olduğunu deyərək, Cənubi Qafqazda sülhün region üçün böyük perspektivlər yaradacağını bildirib.

Azərbaycan Respublikasının prezidenti isə vurğulayıb ki, ölkələrimizi birləşdirən və region üçün böyük əhəmiyyətə malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün bölgə üçün sabitliyə və əməkdaşlığa xidmət edəcək.

O, Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında keçirilmiş avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin önəmini qeyd edərək, bunun dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyini bildirib.

Əliyev, həmçinin Azərbaycan-İran dostluğunun və əməkdaşlığının bütün bölgə üçün önəmli amil olduğunu vurğulayıb.