Okt 08, 2023 15:01 Asia/Baku
  • Rəsmi Bakı işğalçıları dəstəkləyəcək?

Fələstinlilərlə sionist rejim arasında baş verən son toqquşmalarda İşğala məruz qalmış fələstinlilərin öz torpaqları uğrunda mübarizəsinə rəsmi Bakının necə reaksiya verməli olduğu diqqət çəkməkdədir.

Dünən müqavimət qüvvələri ilə işğalçı sionist rejim arasında toqquşmaların yeni mərhələsi başlandıqdan sonra Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bi bəyanat yayaraq “Bu çətin zamanda İsrail xalqının yanındayıq”, desə də Rəsmi Bakı işğalçıları dəstəkləməkdə ehtiyat edir.

 

Azərbaycan Xarici İşlər Nazirliyi “İsrail-Fələstin münaqişəsi zonasında” zorakılığı pisləyən mövqe bildirib.“Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik. Həm İsraildə, həm də Qəzza zolağında çoxlu mülki vətəndaşın faciəvi şəkildə həlak olması ilə bağlı başsağlığımızı bildiririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”, - Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial şəbəkədəki rəsmi səhifəsində deyilir.

Bəyanatda toqquşmaların münaqişə zonası deyil, BMT qətnamələrinə görə fələstinlilərin torpaqlarında getdiyi faktı ortada ola-ola Azərbaycan XİN-in bu yanaşması Fransanın Qarabağda toqquşmalar gedərkən hadisəyə yanaşmasını xatırlatsa da, diqqət çəkən məqam, Xarici İşlər Nazirliyinin  X-də bir neçə cümləlik mövqe bildirməyə kifayət etməsidir. Bunun səbəbi isə Azərbaycan Respublikasının bütün müsəlman dünyası və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı tanınan bir rejimi özünə müttəfiq seçməsidir. Hansı ki, vaxtaşırı olaraq bu qəsbkar rejimə qarşı fələstinli müqavimət qüvvələrinin haqlı mübarizəsi zamanı işğalçıları birmənalı şəkildə dəstəkləmək mümkün olmur.

Əlbəttə işğalçı rejimin Qarabağ müharibəsində Bakının yanında olduğu iddia edilsə də bu rejim heç vaxt Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə münasibət bildirməmiş və vaxtı ilə Ermənistanın işğalçılıq siyasətlərini, eləcə də Qarabağ separatçılarının fəaliyyətini pisləməmişdir.

Bu gün rəsmi Bakı işğalçı “müttəfiq”-inə birmənalı şəkildə hətta sözdə belə dəstək verə bilmir. Və bu faktın özü, sözü gedən “ittifaq”-ın nə qədər qeyri-normal olduğunu göstərir.

 

 

 

Teqlər