Azərbaycan da regiondankənar dövlətlərin müdaxiləsinə qarşıdır
Əliyev: Regional məsələlərin 3+3 formatında həll edilməsi vacibdir
Azərbaycan Respublikasının prezidenti Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi ilə görüşdə regional məsələlərin 3+3 formatında həll edilməsinin vacibliyini vurğulayıb.
İlham Əliyev deyib ki, bu formatda müvafiq səviyyələrdə görüşlər keçirilir.
Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Öz növbəsində Ermənistanın baş naziri də ölkənin ictimai televiziyasına müsahibəsində deyib ki, Ermənistan 3+3 formatında görüşə hazırdır:
“Əlbəttə, biz hazırıq. Bir vaxtlar razılaşma əldə edilmişdi ki, 3+3 formatında növbəti görüş Tehranda keçiriləcək”.
Xatırladaq ki, bu formatda üç cənubi Qafqaz ölkəsinin – Azərbaycanın, Ermənistanın və Gürcüstanın, habelə Rusiya, Türkiyə və İranın iştirakı nəzərdə tutulur.