Fransaya etimad yox həddindədir
https://azeri.sahartv.ir/news/azərbaycan-i404403-fransaya_etimad_yox_həddindədir
Azərbaycan nümayəndə heyəti BMT-nin İnsan Haqları Şurasının oktyabrın 11-də keçirilən 54-cü sessiyasında Fransanın bəyanatına cavab verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2023 10:00 Asia/Baku
  • Fransaya etimad yox həddindədir

Azərbaycan nümayəndə heyəti BMT-nin İnsan Haqları Şurasının oktyabrın 11-də keçirilən 54-cü sessiyasında Fransanın bəyanatına cavab verib.

Cavab bəyanatında Ermənistan mediasında 34 ölkənin birgə bəyanatı kimi təqdim edilmiş bəyanatın əslində yalnız Fransa və Ermənistan tərəfindən səsləndirildiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin cavab bəyanatında Fransa tərəfindən səsləndirilən əsassız iddialar rədd edilib və Fransanın Azərbaycanda gedən siyasi proseslərə müdaxilə cəhdləri qınanılıb:

“Fransanın beynəlxalq hüququn prinsiplərinə açıq şəkildə məhəl qoymaması, Azərbaycan ərazilərinin işğalı dövründə suverenlik və ərazi bütövlüyünə dəstəklə bağlı seçici yanaşması, 30 ilə yaxın bir müddətə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və 1 milyonda yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün, o cümlədən Ermənistandan güc yolu ilə çıxarılmış 300 min azərbaycanlının geri qaytarılması istiqamətində tərəfsiz vasitəçi kimi çıxış etməməsinə görə bu proseslərdə heç bir rolu yoxdur.

Azərbaycan və region ölkələri sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üzərində işləyir və Fransaya beynəlxalq tərəfdaş, vasitəçi və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan tərəfindən etimad sıfıra bərabərdir”,- Cavab bəyanatında deyilir.

Fransanın təşəbbüsü ilə bir qrup dövlət 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat veriblər. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəbləri ilə əlaqədar rəsmi Bakıya ittihamlar səsləndirilib. qayıdış hüququ məsələsi ilə spekulyasiya edilir. Bundan əlavə, eyni gündə Fransanın xarici işlər naziri ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəkləri barədə məlumat vermişdir. Oxşar addımların Avropa Şurası Parlament Assambleyasında da atıldığı barədə məlumatlar daxil olur.

Qeyd edək ki, Fransanın 26 il müddətində Minsk Qrupunun həmsədri olaraq həyata keçirdiyi fəaliyyətləri də Azərbaycan torpaqlarının işğalının davam etməsinə yönəlik idi.