Azərbaycan məhkəməsi şiə dindarlara qənim kəsilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i404423-azərbaycan_məhkəməsi_şiə_dindarlara_qənim_kəsilib
Evinin divarına "Ya Allah" yazdığına görə 6 il həbs cəzası verildi
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2023 17:31 Asia/Baku

Evinin divarına "Ya Allah" yazdığına görə 6 il həbs cəzası verildi

Azərbaycan Respublikasında şiə dindarlara qarşı repressiya səngimək bilmir. Evinin divarına "Ya Allah" yazdığına görə 6 il həbs cəzası verildi.

Məlumat İnformasiya Agentliyi xəbər verir: Bakının Binə qəsəbəsində yaşayan 30 yaşlı inanclı Əlirza Firudinbəyli 2023-cü ilin 9 aprel tarixində saxlanılıb. Belə ki, o axşam saatlarında iftarını açarkən evinə 3 mulkigeyimli basqın edib və onun əl-qolunu bağlayaraq sürüyüb aparıblar.

Müttəhim bu barədə o, özü məhkəmədə danışıb: “Mingəçevir polisi əl-ayagımı bağlayıb, gödəkçəmin cibinə narkotik bükülünü qoyub, əynimə geyindirdilər”.

Bu hadisədən az öncə, Binə qəsəbəsindəki evinin divarına "Ya Allah" yazdığına görə Ə.Firudinbəyli Xəzər rayonu 3-cü polis bölməsinə çağrılıb. Polis idarəsindən gələn kimi evin üstündəki həmin yazını silib. Amma bundan sonra yenə polis şöbəsinə çağrılıb və ona dinlə bağlı suallar verildikdən sonra sərbəst buraxılıb.

Ə.Firudinbəyli Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub. Hakim Bilal Məmmədovun sədrlik etdiyi prosesdə prokuror Əlirza Firudinbəyliyə 5 il 6 ay həbs cəzası istəyib, hakim Bilal Məmmədov isə Ə.Firudinbəylinin 6 il müddətinə azadlıqdan mərhum edilməsi ilə bağlı hökm verib.

Qeyd edək ki, Azərbaycanda şiə dindarlara qarşı kütləvi həbslər azan qadağaları və məscid söküntülərinə etirazlar, eləcə də "Hicaba azadlıq" aksiyası fonunda başlayıb.

Müşahidəçilər bildirirlər ki, ötən ildən başlayaraq şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi Azərbaycanda təkcə islamofobiyanın deyil, eyni zamanda şiəfobiyanın da sərt şəkil aldığının gostəriçisidir.