Fev 03, 2025 11:44 Asia/Baku
  • İsrailin casus proqramı dünya üçün başağrısına çevrilir

Sionist rejimin casus proqramı ilə 90-a yaxın jurnalist və vətəndaş cəmiyyəti üzvlərinin “WhatsApp”ını sındırmaq istəyiblər.

Meta şirkətinə məxsus “WhatsApp” mesencerinin rəsmisi “Reuters”ə bildirib ki, hücum 2024-cü ilin sonlarında İsrailin “Paragon Solutions” casus proqramı tərəfindən edilib.

Rəsmi şəxs konkret olaraq kimlərin hədəfə alındığını və ya coğrafi olaraq harada yerləşdiklərini söyləməyib. O, hədəfə alınan şəxslərin jurnalist və vətəndaş cəmiyyəti üzvləri olduğunu qeyd etməklə kifayətlənib.

Rəsmi nümayəndə bildirib ki, məsələ ilə əlaqədar “Paragon Solutions”a xəbərdarlıq məktubu göndərilib.

“Paragon Solutions” isə şərh verməkdən imtina edib.

Xatırladaq ki, sionist İsrailin “Peqasus” adlı digər casus proqramı illərdir azərbaycanlı jurnalist və fəalları izləyir.

Sözü gedən proqram vasitəsilə İsrail şirkəti Azərbaycanda 1038 nəfərin bütün telefon danışıqlarını və yazışmalarını tamamilə nəzarətdə saxlayamağa nail olmuşdur. Bunların içərisində 600 nəfər siyasətçinin, 189 nəfəri media təmsilçisinin telefonları və yazışmaları tam nəzarətdə olmuş və 50 mindən artıq kontakt şəxslər müəyyənləşmişdir.

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Aparan Araşdırmaçı Jurnalistlər Mərkəzi hələ 2021-ci ildə bildirmişdi ki, İsrailin "Peqasus" casus proqramından Azərbaycan dövlət rəsmilərinin də telefonlarının izlənilməsi üçün istifadə edilib.