Neft bumu Londonu necə yolundan elədi?
Altay Göyüşov: Azərbaycan məmurları 30 ildir sərvətlərini Londona daşıyırlar
Parisdə mühacirətdə yaşayan tarixçi Altay Göyüşov Azərbaycanın neft gəlirləri və məmur sərvətlərinin Londona daşınması məsələsini gündəmə gətirib. O, hesab edir ki, Britaniyanın Bakı ilə strateji tərəfdaşlığının arxasında enerji və geosiyasi maraqlarla yanaşı, Azərbaycan məmurlarının illərdir Londona apardığı sərvətlər də dayanır.
Göyüşov sosial şəbəkədəki paylaşımında Britaniyanın Azərbaycanla münasibətlərində BP-nin roluna toxunaraq bildirib ki, BP təxminən 30 ildir Azərbaycanın neftinin hasilatı, daşınması və satışında əsas iştirakçılardan biridir.Tarixçinin fikrincə, Azərbaycan məmurlarının xaricə, xüsusilə Londona apardıqları sərvətlər də Britaniya ilə münasibətlərin iqtisadi tərəfini gücləndirən amillərdəndir.Göyüşov həmçinin Qərbin Azərbaycandakı vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqlərə və həbslərə göz yumduğunu iddia edib.Göyüşovun qənaətinə görə, hakimiyyətin əsas zəifliyi xarici təhdidlər deyil, ölkənin daxili sosial vəziyyəti, korrupsiya və məmur özbaşınalığıdır.O vurğulayıb ki, Qarabağ qələbəsindən sonra əhalinin sosial rifahının yaxşılaşacağına dair ümidlər doğrulmayıb, əksinə, narazılıq artmaqda davam edir.Tarixçi hesab edir ki, Qərb repressiyalar və siyasi motivlərlə həbs olunan şəxslərin azad edilməsini və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün real addımlar atılmasını təmin etməlidir.Göyüşov xəbərdarlıq edib ki, ölkədə fundamental dəyişikliklər baş verməzsə, yığılan ictimai narazılıq gözlənilməz nəticələrə gətirib çıxara bilər.