Mart 30, 2016 10:41 Asia/Baku
  • İŞİD terrorçuların Azərbaycandakı lideri qaçmağa hazırlaşır
    İŞİD terrorçuların Azərbaycandakı lideri qaçmağa hazırlaşır

İŞİD terrorçuların Azərbaycandakı lideri Əlixan Musayev ciddi həbs təhlükəsinin olduğunu bildiyi üçün Dubay şəhərinə qaçmağa hazırlaşır.

Moderator.az -a daxil olan məlumata görə, Əlixan Musayev Flay Dubaydan bir gün ərzində hazırlanan 150 dollar qiymətinə olan viza üçün müraciət edib. Vizası hazır olsa Azərbaycandan qaçacaq.

Mənbənin sözlərinə görə, Türkiyədən 6 ay əvvəl deportasiya edildiyi üçün yeganə çıxış yolu Dubaya qaçmaqda qalıb. Dubaydan da Kuveytə uzun müddət yaşamağa gedəcəyi bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Əlixan Musayevin İŞİD terrorçularının Suriyadakı əməllərini müdafiə edən və onlar üçün təbliğat aparan səs yazısı yayılmışdı.

Teqlər