Okt 05, 2022 12:32 Asia/Baku
  • Rusiya yəhudiləri Azərbaycanda məskunlaşdırılır

Soxnut Yəhudi Agentliyi rus mühacir düşərgələrini Azərbaycan Respublikası və Finlandiyaya köçürəcək. İşğalçı sionist İsrail rejimi bu məqsədlər üçün 90 milyon dollar ayrılmasına razılıq verib, xəbəri Yerusalem Post yayıb.

Qəsibkar sionist rejimin nazirlər kabineti bazar günü Qayıdış haqqında qanunun şamil edildiyi rusların immiqrasiyasının sürətləndirilməsi haqqında təklifi təsdiq edib.

Təklif maliyyə naziri Aviqdor Liberman və inteqrasiya naziri Pnina Tomano-Şata tərəfindən hazırlanıb.

Sionist rejimin Aliyah və İnteqrasiya Nazirliyinin qiymətləndirmələrinə görə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar miqrasiyanın xeyli artacağı gözlənilir. Nazirliyin məlumatına görə, fevralda Ukraynaya hücumdan etibarən 40 000-dən çox yeni immiqrant gəlib, onların təxminən 24 mini Rusiyadan gəlib. Bu, son iyirmi ildə ən böyük dalğadır.

Bundan başqa, hökumət Yəhudi Agentliyinə Azərbaycan və Finlandiyada İsrailə qayıtmağa çalışan Rusiya yəhudiləri üçün müvəqqəti düşərgələr təşkil etməyə icazə verib. İddia olunur ki bu düşərgələr Rumıniya və Polşada Ukrayna qaçqınları üçün olan düşərgələr kimi işləyəcək. Yəhudi Agentliyinin nümayəndələri The Jerusalem Post-a bildiriblər ki, onlar yəhudi rus olimlərə(İşğal olunmuş Fələstin ərazilərinə gətirilən yəhudilər) yardım mexanizmi işləyib hazırlayacaqlar.

The Jerusalem Post -un məlumatına görə, İsrail adlandırılan işğal olunmuş Fələstinə giriş hüququ olan 55 000-ə yaxın rusiyalı yəhudi yaşıl işıq gözləyir, bu barədə ötən həftə İsraildəki mənbə məlumat verib və əlavə edib ki, 40 000-ə yaxın rus immiqrasiya vizası alıb, 15 000 nəfərin isə viza alması prosesi davam edir. Mənbə əlavə edib ki, 70 000-ə yaxın Rusiya yəhudisi və sionist rejimin Qayıdış haqqında qanununa uyğun olaraq immiqrasiya hüququ olan ruslar hazırda Rusiya və Ukrayna ilə qonşu ölkələrdə yoxsulluq içində yaşayır.

Teqlər