Vəkili: “Hazırda ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır”
https://azeri.sahartv.ir/news/azərbaycan-i402511-vəkili_hazırda_ona_qarşı_olan_ittiham_tamamilə_cəfəngiyyatdır
Söyüdlü kəndində baş vermiş məlum hadisələrin ardınca həbs olunan keçmiş deputat Nazim Bəydəmirli özünü “ekologiya məhbusu” sayır.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 10, 2023 14:50 Asia/Baku
  • Vəkili: “Hazırda ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır”

Söyüdlü kəndində baş vermiş məlum hadisələrin ardınca həbs olunan keçmiş deputat Nazim Bəydəmirli özünü “ekologiya məhbusu” sayır.

Tanınmış iş adamı düşünür ki, rəsmi ittiham fərqli olsa da, həbsinin əsas səbəbi Gədəbəyin Söyüdlü kəndində yerli sakinlərin keçirdiyi etiraz aksiyasıdır.

Bu barədə Meydan TV-yə vəkili Aqil Layıc danışıb.

Vəkil bildirib ki, Nazim Bəydəmirlinin həbsinin yeganə səbəbi Söyüdlüdə baş verən hadisələrdir və hazırda ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır”.

2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.

Nazim Bəydəmirli iyulun 4-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq saxlanılıb. O, ittihamı qəbul etmir, Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir.