ATƏT Xankəndidəki əhaliyə görə narahatdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i402533-atƏt_xankəndidəki_əhaliyə_görə_narahatdır
ATƏT-in sədri Qarabağ münaqişəsinin davam etdiyinə ehyam vuraraq, bu münaqişədən sadəcə Qarabağdakı erməni sakinlərin əziyyət çəkdiyini bildirib, onların rifahının təmin edilməsi üçün tərəfləri məhsuldar dialoqa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2023 16:01 Asia/Baku

ATƏT-in sədri Qarabağ münaqişəsinin davam etdiyinə ehyam vuraraq, bu münaqişədən sadəcə Qarabağdakı erməni sakinlərin əziyyət çəkdiyini bildirib, onların rifahının təmin edilməsi üçün tərəfləri məhsuldar dialoqa çağırıb.

Avqustun 10-da ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Bucar Osmani Azərbaycanın və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda telefonla danışıb.

Turan xəbər agentliyinin bildirdiyinə görə ATƏT-in rəsmi məlumatında deyilir ki, Osmani "Laçın dəhlizi ətrafındakı vəziyyət" və onun mülki əhaliyə, xüsusən də qadınlar və uşaqlar  daxil olmaqla, həssas qruplara təsirilə bağlı narahatlığını ifadə edib.

Vəziyyəti diqqətlə izlədiyini vurğulayan Osmani  "münaqişədən əziyyət çəkən əhalinin rifahı naminə davamlı həll yolu kimi konstruktiv və məhsuldar dialoqa çağırıb”.

Osmani qeyd edib ki,"adamların humanitar mülahizələri və zəruri ehtiyacları üstün olmalıdır".

O, "Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və inamın möhkəmləndirilməsi üzrə qərarlar çərçivəsində ATƏT-in inamın möhkəmləndirilməsi alətləri və tədbirlərini" təklif edib. Osmani tərəflərlə öz şəxsi və fəal qarşılıqlı fəaliyyətini davam etdirməyə hazır olduğunu bildirib. O bu mənada təkrarlayıb ki, "ATƏT sədrliyi davamlı və dinc nizamlanmaya nail olmaq üçün dialoqa kömək etməyə hazırdır"

 

ATƏT-in sədri ilə Azərbaycan Respublikası xarici işlər naziri arasında telefon danışı barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında isə bildirilir ki, Azərbaycan tərəfi Ermənistanın“humanitar böhran” görüntüsünün yaratmasındakı niyyətləri barədə Avropa rəsmisinə ətraflı məlumat verib. Ancaq buna baxmayaraq ATƏT həmişə olduğu kimi, reallıqları gözardına vuraraq yenə rəsmi Bakını Qarabağ ermənilərinə qarşı “humanitar böhran”-a son qoymağa çağırıb.

 

“Nazir Ceyhun Bayramov, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət”, “blokada” kimi iddialar irəli sürməsinin heç bir əsasının olmadığını, erməni sakinlərin tələbatlarının ödənməsi üçün tərəfimizdən təklif olunan “Ağdam-Xankəndi” yolunun fəaliyyətinə maneələr törədilməsinin də məsələnin Ermənistanın təqdim etdiyi kimi humanitar xarakterli deyil, siyasi olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb”,- XİN-in bəyanatında deyilir.

Ceyhun Bayramov ATƏT-in sədri ilə telefon söhbətində həm də Laçın yolundakı vəziyyətin səbəblərini şərh edib:

“Ermənistanın 30 ilə yaxın hərbi işğalının, post-münaqişə dövründə isə beynəlxalq hüquq normalarına və öhdəliklərinə zidd olaraq Laçın yolundan hərbi məqsədlər, təbii resurslarımızın Ermənistana daşınması, mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin qəbuledilməzliyi, bu təxribatçı addımların qarşısının alınması üçün Laçın sərhəd buraxılış məntəqəsinin əhəmiyyəti nazir C.Bayramov tərəfindən qeyd olunub”,- Bəyanatda bildirilir.