"Azərbaycan hakimiyyəti birpartiyalı sistem yaratmaq istəyir"
https://azeri.sahartv.ir/news/azərbaycan-i403044-azərbaycan_hakimiyyəti_birpartiyalı_sistem_yaratmaq_istəyir
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası avqustun 28-də "hakimiyyətin müxalifət partiyalarının fəaliyyətini rəsmən qadağan etmək hazırlığına etiraz bəyanatı" yayıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 29, 2023 11:43 Asia/Baku

Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası avqustun 28-də "hakimiyyətin müxalifət partiyalarının fəaliyyətini rəsmən qadağan etmək hazırlığına etiraz bəyanatı" yayıb.

Bəyanatda deyilir: “Hakimiyyətdə olduğu 20 il ərzində müxalifəti əzib tam sıradan çıxarmağa çalışmış İlham Əliyev bu istiqamətdə növbəti addımlarını atır. Bilavasitə onun göstərişi ilə qəbul edildiyi şübhə doğurmayan "Siyasi partiyalar haqqında" yeni, mürtəce qanun və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər məhz real müxalifəti sıradan çıxarmağa yönələn növbəti cəhddir”.

Bəyanatda qeyd olunur ki, siyasi partiyalar haqqında yeni qanun hakimiyyət üçün onun hədəfində olan prinsipial mövqeli müxalifət partiyalarını ləğv etməyə hüquqi mexanizm yaradır. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər isə qeydiyyatı ləğv olunmuş partiyanın fəaliyyətini rəsmi qaydada qadağan edir. Bu addımlar Azərbaycanda çoxpartiyalı siyasi sistemi ləğv etmək və müxalif siyasi fəaliyyəti qanundankənar elan etməklə faktiki monarxiyanı hüquqi baxımdan rəsmiləşdirmək cəhdidir.

 

Milli Şura hesab edir ki, hakimiyyətin bu addımları təkcə real müxalifətə deyil, bütövlükdə cəmiyyətə qarşıdır. Ölkədə müxalif siyasi fəaliyyətin qadağan edilməsi ilk növbədə xalqı indiki rejimə qarşı qanuni alternativlərdən, hakimiyyəti dinc, seçki yolu ilə dəyişmək hüququndan məhrum etmək cəhdidir.

Həmin bəyanatda iddia olunur ki, İlham Əliyev özünü inandırıb ki, ölkədə keçmiş SSRİ idarəçiliyini xatırladan təkpartiyalı siyasi sistem yaratmasına beynəlxalq birlik adekvat, prinsipial reaksiya verməyəcək.