Azərbaycanda intihar daha bir qurban aldı
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
Avq 29, 2023 11:53 Asia/Baku
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar edib.
Turanın məlumata görə, Salmanov Rahib müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib. O, hadisə yerində ölüb.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.
Rahib Salmanov 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsinində çalışırdı.
Qeyd edək ki, Rahib Salmanov 1963-cü ildə anadan olub.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.