Azərbaycan yuk maşınları nə qədər gözləməli olacaq?
https://azeri.sahartv.ir/news/azərbaycan-i403068-azərbaycan_yuk_maşınları_nə_qədər_gözləməli_olacaq
Əsasən undan ibarət 40 tonluq yük Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) iki yük maşını ilə Qarabağ iqtisadi zonasına çatdırılıb və Rusiya sülhməramlılarının (RSK) icazəsini gözləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2023 15:15 Asia/Baku

Əsasən undan ibarət 40 tonluq yük Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) iki yük maşını ilə Qarabağ iqtisadi zonasına çatdırılıb və Rusiya sülhməramlılarının (RSK) icazəsini gözləyir.

AQAC-nin baş katibi Ceyhun Mirzəyevin jurnalistlərə verdiyi məlumata görə, Yük maşınları Ağdam rayonunun ərazisinə gələrək blokpost yaxınlığında, əsgəran şəhəri istiqamətində, Ağdam-Xankəndi yolunda dayanıb. Qızıl Aypara nümayəndələri RSK zabitinə yerli əhaliyə kömək məqsədilə Xankəndinə humanitar yük çatdırmaq niyyəti barədə məlumat veriblər. Zabit rəislərinə bildirməyin lazım olduğunu bildirdi. RSK-dan cavab müddəti məlum deyil.

Qarabağın separatçı hissəsində Azərbaycan Yük maşınlarının ermənilərin yaşayış zonasına daxil olacağı təqdirdə partlatmağa çağırışlar edilir.

Sosial şəbəkədə 44 rəqəmi ilə başlayan Azərbaycan Yük maşınlarının qeydiyyat nömrələri müzakirə olunur. İkinci Qarabağ müharibəsi müharibə günlərinin sayına görə "qırx dördgünlük" adını alıb. Azərbaycanın Masallı rayonunda qeydiyyatda olan avtomobillərin qeydiyyat nömrələri 44-dən başlayır.

Azərbaycan Respublikasının Ağdam-Xankəndi yolunun Laçın dəhlizi ilə əvəz edilməsinə dair səyləri istiqamətində həyata keçən bu təşəbbüsün nəticə verib-verməyəcəyi hələlik bəlli deyil. Bəzilərinə görə, Rusiya sülhməralmılarının nəzarətində olan Azərbaycan əraziləri əslində separatçılar tərəfindən idarə olunduğuna görə, rəsmi Bakının bu kimi tədbirləri separatçıların əks təşəbbüsləri ilə təsirsizləşdirilə bilər və Azərbaycan Respublikası Qarabağdakı ermənilərlə dil tapmaq, onların reinteqrasiyasını təmin etmək istəyirsə, ilk növbədə separatçıların Qarabağda qurduqları qeyri-qanuni rejimin buraxılmasına təşəbbüs göstərməlidir. Ancaq görünən budur ki, rəsmi Bakı Rusiya, Avropa və Amerikanın dəstəklədiyi separatçılara qarşı heç bir addım ata bilmir.