Brayza rəsmi Parisin Azərbaycanla bağlı atdığı addımlardan danışıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i403112-brayza_rəsmi_parisin_azərbaycanla_bağlı_atdığı_addımlardan_danışıb
Fransa Qarabağın statusunu yenidən gündəmə gətirməyə çalışır
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 01, 2023 11:35 Asia/Baku
  • Brayza rəsmi Parisin Azərbaycanla bağlı atdığı addımlardan danışıb

Fransa Qarabağın statusunu yenidən gündəmə gətirməyə çalışır

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib ki, Fransa və Qarabağdakı separatçı, ekstremist ermənilər Qarabağın hüquqi statusu məsələsini yenidən gündəmə gətirməyə cəhd edirlər.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatdığı və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında atəşkəs bəyanatını imzaladığı gündən, yəni 10 noyabr 2020-ci ildən bəri Fransa hökumətinin rəsmi mövqeyi Bakını müharibəyə görə günahlandırmaqdan ibarət olub.

Sabiq diplomat qeyd edib ki, Fransa hökumətinin atdığı addımlar məhz Qarabağın hüquqi statusunun dəyişdirilməsinə, həmin bölgənin muxtar ərazi və ya Ermənistanın parçası kimi tanınmasına nail olmağa yönəlib.