Başqa bir inanclı həbs edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i403177-başqa_bir_inanclı_həbs_edilib
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yahyayev həbs olunub. Bu barədə vəkil Zibeyda Sadıqova məlumat verib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 02, 2023 16:36 Asia/Baku
  • Başqa bir inanclı həbs edilib

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yahyayev həbs olunub. Bu barədə vəkil Zibeyda Sadıqova məlumat verib.

Zibeyda Sadıqovanın sözlərinə görə, A.Yahyayeva qarşı da digər həbs edilən inanclılar və vicdan məhbusları kimi narkotik ittihamı irəli sürülüb.

Vəkil dünən qeyd edib ki, inanclı fəal avqustun 31-dən Abşeron Rayon Polis İdarəsində saxlanılmışdı. "Dünəndən Ağaəli Yahyayevi axtarmışam, ən azı 5 dəfə Abşeron Rayon Polis İdarəsinə zəng vurmuşam. Hər dəfə də mənə cavab veriblər ki, orada belə şəxs saxlanılmır. Bu gün isə məlum olub ki, Abşeron Rayon Polis İdarəsində ona qarşı ittiham irəli sürülüb". 

Z.Sadıqova əlavə edib ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə A.Yahyayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Turan xəbər agentliyi bildirir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, inanclı insanların həbs edilməsi üçün narkotik ittihamından istifadə artıq ənənə halını alıb. Bir müddət öncə həmin ittihamla məhkəmə işi açılmış bir çox dindarlar hakimiyyət mediyaları tərəfindən İrana casusluqda ittiham edilirdilər. Həmin məhbuslar hər iki ittihamı rədd edir və eyni zamanda casusluq ittihamı ilə onlara qarşı təbliğat aparılması və məhkəmədə isə narkotiklə onalara qarşı cinayət işinin açılmasını məhkəmə tarixinin heç bir izahı olmayan ən böyük uydurmaçılığı adlandırırlar.