“Seçki komissiyaları iqtidarın nəzarəti altındadır”
https://azeri.sahartv.ir/news/azərbaycan-i406509-seçki_komissiyaları_iqtidarın_nəzarəti_altındadır
Müsavat Partiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin təyin olunması ilə əlaqədar bəyanat yayıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2023 13:48 Asia/Baku
  • “Seçki komissiyaları iqtidarın nəzarəti altındadır”

Müsavat Partiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin təyin olunması ilə əlaqədar bəyanat yayıb

Bəyanatda qeyd olunub ki, indiyədək bir qayda olaraq seçkilərin azad və ədalətliliyini təmin edən seçkiqabağı demokratik şərait mövcud olmayıb və seçki qanunvericiliyi demokratik standartlara cavab verməyib, seçki komissiyaları iqtidarın nəzarəti altında olub:

“Seçki kampaniyası dövründə iddiaçı tərəflərin bərabərhüquqlu təbliğat imkanları təmin edilməyib, səsvermə və səslərin sayılması prosesi kobud qanun pozuntuları və kütləvi saxtakarlıqla müşayiət olunub”, - deyə bəyanatda vurğulanır.

Bəyanatda xatırlanır ki, seçkilər ərəfəsində ölkədə repressiyaların yeni dalğasına rəvac verilməsi, siyasi fəalların və jurnalistlərin həbsi hakimiyyətin bu dəfə də demokratik seçki keçirmək niyyətinin olmadığını bir daha təsdiq edir.