Misir Mərdanovun ruhunun da xəbəri yox imiş
https://azeri.sahartv.ir/news/azərbaycan-i406662-misir_mərdanovun_ruhunun_da_xəbəri_yox_imiş
Sabiq təhsil naziri Misir Mərdanov Globalinfo.az-a müsahibəsində son günlər məhkəməsi keçirilən dindarların onu terror etmək cəhdlərinə görə həbs edilmələri barədə məlumata münasibət bildirərkən inanclı insanlara vurulan bu ittihamın əsassız olduğunu dolayısı ilə bildirmiş olub.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Dek 19, 2023 11:53 Asia/Baku
  • Misir Mərdanovun ruhunun da xəbəri yox imiş

Sabiq təhsil naziri Misir Mərdanov Globalinfo.az-a müsahibəsində son günlər məhkəməsi keçirilən dindarların onu terror etmək cəhdlərinə görə həbs edilmələri barədə məlumata münasibət bildirərkən inanclı insanlara vurulan bu ittihamın əsassız olduğunu dolayısı ilə bildirmiş olub.

Misir müəllim, bir neçə gün əvvəl “kəriməçilərin” sizə sui-qəsd təşkil etməsinə dair xəbərlər yayıldı. Bu haqda nə deyə bilərsiniz? Sualına Misir Mərdanov çox səmimi nəzərə gələn belə bir cavab verib:

“Açığı, özümə qarşı hansısa sui-qəsd cəhdi hiss etməmişəm, amma dedilər ki, belə plan olub.”

Keçmiş nazir belə bir cəhdin nə vaxt olduğundan da tam xəbərsiz olduğunu deyib:

“Dəqiq tarixi deyə bilməyəcəm. Ola bilər, nazir olduğum vaxtla əlaqədardır.”

Keçmiş nazir bildirib ki, o sui-qəsdə səbəb olacaq bir addım atmayıb. O heç bir düşməninin də olmadığını deyib və beləliklə, dolayısı ilə son vaxtlar məhkəmədə 13 nəfər dindara qarşı səsləndirilən ittihamın saxta olduğuna eyham vurmuş olub.  

Qeyd edək ki dekabrın 14-də Azərbaycan Respublikasında Kərimə dövləti qurmağa cəhddə şərlənən şəxslərin məhkəməsi başlayıb.

Hakimiyyətin Azərbaycan Respublikası ilə İran arasında münasibətləri daha da pisləşdirməyə çalışarkən anti-İran təbliğatı şəraitində həbs olunan inanclılara qarşı keçmiş təhsil naziri Misir Mərdanov və Real TV-nin direktoru Mirşahin Ağayevin guya qətlinə cəhd etmək ittihamı səsləndirilib.

İnanclılar bu ittihamların saxta və uydurma olduğunu bildiriblər.

Bakı məhkəmələrində dindarları ittiham etmək üçün bu tip gülməli hekayələr Azərbaycan Respublikasında adi bir təcrübədir və adətən sosial dairələrdə istehza ilə qarşılanır, lakin kommunist sistemindən qalan məhkəmə sistemi hələ də bu təcrübəni davam etdirir və xüsusilə İran və İslamla maraqlanan vətəndaşları narkotik saxlamaqda və dünyəvi sistemi dəyişməyə çalışmaqda ittiham edir, tənqidləri qulaqardına vurur.