Bakıda beynəlxalq tədbir keçirilir
Bakıda BMT-nin iqlim dəyişikliyinə həsr olunmuş COP29 konfransına start verilib.
Bu məlumata əsasən Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi açılış mərasimi təşkil olunub. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutacaq.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.
Azərtac yazır ki, Bakıda keçiriləcək COP29 tədbirində iştirak üçün 67 min nəfər qeydiyyatdan keçib, Qərb ölkələrinin isə əsas liderləri Bakıya gəlməkdən imtina ediblər.
COP29 konfransı ilə bağlı qalmaqala səbəb olan məqamlatdan biri burada sionist İsrail rejiminin öz cinayətlərinə bəraət qazandırması üçün ona əlverişli şəraitin yaradılmasıdır. Belə ki, İsrail prezidenti İshaq Hersoq tədbirdə şəxsən iştirak edəcək və HƏMAS-ın 7 oktyabr əməliyyatını guya ifşa etmək üçün sərgi açacaqdır.
Bundan əvvəl isə Azərbaycan hakimiyyətinə bağlı APA xəbər agentliyi xunta rejiminin səfiri ilə geniş müsahibə apararaq onun dilindən İslami Müqavimətə qarşı nalayiq ifadələr işlətməsinə şərait yaratmışdır.
Xatırladaq ki, sionistlər özlərini təcriddən xilas etmək üçün Bakıda onlar üçün yaradılmış imkana mühüm bir fürsət kimi baxırlar. Buna baxmayaraq işğalçı rejim nümayəndələrinin müsəlman ölkəsində sürprizlə üzləşə biləcəkləri istisna olunmur.